Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


08.11.2021  22:51 

“Yeni vəziyyət Qafqazın strateji əhəmiyyətini artıracaq”





A+  A-

”Bu gün Azərbaycanın Qarabağı və işğal altındakı ərazilərini 44 günlük şanlı bir savaş nəticəsində azad etməsinin birinci ildönümüdür”.

XezerNews.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində ifadə edib.

R.T.Ərdoğan bildirib ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında təxminən otuz illik işğala son qoyan qardaşım, Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımı bir daha təbrik edirəm:

“Qarabağ və Azərbaycanın digər ərazilərinin haqsız, hüquqsuz və əxlaqsız işğalı qarşısında 30 il boyunca susanlar bölgədə tökülən qanların və faciələrin məsuliyyətini daşıyırlar”.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Türkiyə prezidenti Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq prosesini davam etdiyini xatırladıb, bölgədə yaranmış yeni vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu söyləyib.

Keçmiş məlum münaqişənin Ermənistanın əsas işğalçılığı və hücumları nəticəsində başlandığını, təcavüzkar tərəfin məqsədli şəkildə silahlandırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, qazanılmış Zəfərdən sonra yaranmış yeni vəziyyət Qafqazın strateji əhəmiyyətini daha da artıracaq:

“Türkiyə Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, bütün platformalarda Azərbaycanın yanında olmaqda davan edəcək”.


Xəbər 3172 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +