Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


06.11.2021  21:41 

Namazı vaxtından əvvəl qılmaq olamı?





A+  A-

İslam şəriətində gündəlik namazların bəlli qılınma zamanları vardır.

Namazların vaxtı Günəşin səmadakı vəziyyəti və kölgəsinin uzunluğu ilə tənzimlənir. Hər namazın vaxtının başlanma və bitmə anı məlumdur, namaz cədvəllərində bunlar hər bölgə üçün konkret qeyd edilir.

Namazları vaxtın əvvəlində qılmaq savabdır. İnsan evdə olmasa da hər mümkün üsuldan istifadə edib namazı vaxtın əvvəlində qılsa yaxşıdır (məsələn, yaxınlıqdakı məscidə getmək, iş zamanı fasilədən istifadə etmək və s.)

Amma əgər normal şəkildə qılmağa imkan olmasa, namazı təxirə salmaq və vaxtın sonuna kimi qılmaq olar.

Məsələn, əgər zöhr anında namazı qılmağa imkan yoxdursa, Günəş batana kimi müddət ərzində imkan yaranan kimi qılmaq olar. Namazı qəsdən qəzaya vermək düzgün deyil.

Lakin hər bir halda, namazın vaxtı girməzdən əvvəl qılmaq batildir. Yəni günorta evdə olmayacağını bilən adam səhər evdən çıxmazdan əvvəl zöhr namazını qıla bilməz. Bunu hətta bilməməzlik üzündən etsə belə, namaz batildir və qılınmamış sayılır. /islam.az/

Xəbər 9244 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +