Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


05.11.2021  15:26 

Şuşanın son məzunları 30 il sonra - FOTO





A+  A-

Azərbaycan Televiziyası Vətən müharibəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film hazırlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Küçəmiz, evimiz, məktəbimiz...” adlı film 1991-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhər 2 saylı orta məktəbi bitirən son məzunlar barədədir. Sinfin bütün şagirdləri illər əvvəl son zəngdə gələn il Şuşada görüşməyi arzu etsələr də, bu istəkləri düz 30 il həyata keçmir.

30 il sonra yenidən Şuşaya qayıdan məzunlar həm arzularına çatırlar, həm də məktəblərini, evlərini, küçələrini ziyarət edirlər. Layihə rəhbəri Elçin Musaoğlu, baş prodüser Fatimə Əzimova, ssenari müəllifi və rejissorlar Pərviz Həsənov və Orxan Əzimdir.



XezerNews.az

Film tezliklə AzTV-də yayımlanacaq.

Xəbər 2931 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +