7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


01.07.2021  14:12 

Süleymaninin qətlində əli olan ABŞ generalı ölü tapıldı





A+  A-

İran generalı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən Əl-Udeyd aviabazasında ölü tapılıb.
XəzərNews.az xarici mənbələrə istinadən xəbər verir ki, Uillis İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin ölümündə əlaqəli bilinərək İran xüsusi xidmət orqanları tərəfindən axtarılırdı.

ABŞ generalının ölümünün qeyri-döyüş şəraitində baş verdiyi bildirilsə də, hansı səbəbdən vəfat etdiyinə dair təfərrüatlar açıqlanmayıb.

ABŞ-ın Müdafiə Departamenti də generalın ölümü ilə bağlı hər hansı bir əlavə açıqlama verməyib.

Qeyd edək ki, yanvar ayında İranın ali lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alınacağını bildirmişdi.

Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

Xəbər 3646 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +