Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi
Müəllimlər arasında dava -VİDEO
DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı


28.03.2021  11:09 

“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər etməlidir” - Qriqoryan





A+  A-

“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarmaq istəyiriksə, Ermənistan Türkiyəyə yanaşmasında müəyyən düzəlişlər etməlidir və biz bu istiqamətdə işləyirik”.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan televiziya verilişlərinin birində “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil” sualına cavabında deyib.

“Türkiyədən heç bir təhlükənin gəlmədiyini birmənalı söyləmək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”, - deyə Qriqoryan bildirib.

Onun fikrincə, müharibədən sonra regionda böyük dəyişikliklər olub, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub:

“Hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

O, hazıra Türkiyə ilə birbaşa dialoqun olmaması ilə razılaşsa da, bildirib ki, hər iki ölkənin nümayəndələrinin açıq bəyanatları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.

Xəbər 3344 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +