7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


03.02.2021  10:58 

Ermənistanın vahid müxalifəti parlament qarşısında aksiya keçirir





A+  A-

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 20-yə yaxın siyasi partiyanın birləşdiyi Ermənistan müxalifətinin Vətənin Xilası Hərəkatı parlament binası yaxınlığında etiraz aksiyası keçirir.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları məhkəmə məcəlləsinə dəyişiklik layihəsinin gündəmdə olduğu qanunverici orqanın növbədənkənar iclasının keçirilməsinə etiraz edirlər.

Qanun layihəsi həbs qətimkan tədbiri də daxil olmaqla, yalnız məhkəməyə qədərki icra qərarlarına nəzarət ilə əlaqədar işlərə baxacaq hakimlər institutunun tətbiq edilməsini nəzərdə tutur. Yeni hakimlər əməliyyat-axtarış fəaliyyətinin aparılması üçün icazə müraciətlərinə də baxacaqlar.

Layihəyə əsasən hökumət birinci instansiya məhkəmələrində hakimlərin sayını 8-i İrəvandan olmaqla 17 nəfərə qədər artırmağı təklif edir. Apellyasiya Məhkəməsində isə üç ştat vəzifənin əlavə olunması planlaşdırılır.

Bundan əvvəl, Ermənistanın keçmiş ədliyyə naziri Armine Ovannisyan “Sputnik Armenia”ya açıqlamasında bu qanun layihəsinin “siyasi, antikonstitusiyon, qanuna zidd və əxlaqsız” olduğunu söyləmişdi. O, yeni yaradılan vəzifələrə hökumətyönlü hakimlərin təyin ediləcəyinə inandığını bildirib.

Xəbər 3763 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +