“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?
Tanınmış şərhçi vəfat etdi -FOTO
Bu ölkədə gəmi batdı, xarici vətəndaş öldü
DİN Astarada əməliyyat keçirib
Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH
Düşənbədə Putinlə Əliyev arasında görüş başa çatıb
Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...


29.01.2021  12:32 

Plan yerlərinin sayı artırıla bilərmi?





A+  A-

“2019-cu illə müqayisədə 2020-ci ildə ali məktəbə qəbul olan subbakalavrların sayı artıb”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2019-cu ildə 41 min 693 nəfər ali məktəbə qəbul olunub. Həmin ilin plan yerləri təxminən 87 faiz dolub. Qəbul olanların 7 faizi subbakalavrlar olub. 2020-ci ildə isə bu plan yerləri artırılıb:

“2020-ci ildə isə 41 min 748 nəfər ali məktəblərə qəbul olub və plan yerləri artırılıb deyə 86 faiz plan yerləri dolub. Qəbul olanların 10 faizini isə subbakalavrlar təşkil edib. Rəqəmləri müqayisə etsək görərik ki, 2019-cu ildə 3515 subbakalavr ali məktəbə qəbul olunubsa, 2020-ci ildə isə 5179 subbakalavr qəbul olub. İldən-ilə keçdikcə, biz görəcəyik ki, subbakalavrların ali məktəbə qəbul faizləri də artır”.

M. Abbaszadə həmçinin plan yerlərində hər hansı dəyişiklik olub-olmayacağına da aydınlıq gətirib. O bildirib ki, keçən il dövlət sifarişli plan yerlərinin sayında kəskin dəyişiklik oldu və plan yerlərinin sayı artırıldı. Lakin indidən bu barədə fikir söyləmək mümkün deyil. Çünki plan yerlərini Nazirlər Kabineti təsdiqləyəndən sonra DİM-ə təqdim olunur: “Biz ancaq öz təkliflərimizi veririk. Ötən illərdəki nəticələri təhlil edib rəhbərliyə təqdim edirik”.

Xəbər 3690 dəfə oxunub.




09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +