7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


28.01.2021  14:21 

Qriqoryan Moskva görüşündən danışdı





A+  A-

Ermənistan, Rusiya və Azərbaycan hökumət başçılarının müavinlərinin Moskvadakı görüşündə nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə ediləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Yerablur panteonunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 11 yanvarda qəbul edilmiş birgə bəyanatın müzakirəsi planlaşdırılır.

“Detallı gündəliyi formalaşdırmaq üçün iclas keçirilməsinə ehtiyac var. Hazırkı anda məlum olan tək məsələ bəyanatın 4-cü maddəsinin müzakirə olunacağıdır”,- deyə Qriqoryan qeyd edib.

Sözügedən maddə Azərbaycanla Ermənistan arasında rabitə və nəqliyyat infrastrukturlarının bərpasına aiddir.

Qrigoryan nəqliyyat və rabitə infrastrukturlarının açılmasını olduqca çətin bir iş hesab edir. Onun sözlərinə görə, bu prosesdə əlavə müzakirə, təhlil və dəqiqləşdirmə tələb edən bir çox məsələ var. Bununla belə, Ermənistan Baş nazirinin müavini bu problemin həllini mümkün sayır.

Xəbər 3575 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +