7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


28.01.2021  12:08 

Cavad Zərif Gürcüstandadır





A+  A-

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Gürcüstanda rəsmi səfərdədir.
XəzərNews.az xəbər verir ki, İran diplomatını Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili qarşılayıb.

İran XİN rəhbərinin Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Giorgi Qaxariya, həmçinin ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşü planlaşdırılır.

Səfər zamanı Məhəmməd Cavad Zərif Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəmanların xatirəsinə əklil qoyacaq.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri David Zalkaliani koronavirusa yoluxduğu üçün görüşlərdə iştirak etməyəcək.

Xatırladaq ki, İran XİN rəhbəri bundan əvvəl Azərbaycan, Rusiya və Ermənistanda rəsmi səfərdə olub. Onun növbəti səfərini Ankaraya edəcəyi gözlənilir.

Bundan əvvəl diplomat İranın altılı regional əməkdaşlıq təşəbbüsünü (Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan) dəstəklədiyini açıqlamışdı. Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında isə ölkə ərazisinin 20% -nin işğalda olduğu bir halda Rusiya ilə hər hansı bir ortaq formatın mümkün olmayacağı qeyd olunmuşdu.

Xəbər 3447 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +