7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


10.01.2021  08:46 

Əsrin ən güclü qarı İspaniyada xaos yaratdı





A+  A-

İspaniyanı cənginə alan “Filomena” Atlantik fırtınası cümə günündən şənbə gününə keçən gecə yollarda qara ölkə vətəndaşları üçün kabusa dönüb. Analoji kollaps 1971-ci ilin martında müşahidə olunub.
XəzərNews.az xəbər verir ki, İspaniyada əlverişsiz hava şəraiti səbəbindən yollarda hərəkət etmək çətinləşib, onlardan bəziləri bağlanıb. Madriddə onlarla sürücü gecəni qarlı yollarda qalan avtomobillərində keçirmək məcburiyyətində qalıblar. Onlara köməyə hərbçilər cəlb edilib.

Bundan əvvəl güclü qar düşməsi səbəbindən fəaliyyətini dayandırmış Baraxas Beynəlxalq Hava Limanı şənbə günü də işləməyəcək. Artıq dəmir yolu və dəniz daşımaları da dayandırılıb.

İspaniyanın paytaxtı güclü qar səbəbindən fövqəladə riskə məruz qalıb. Madriddə ən yüksək (qırmızı) həyəcan səviyyəsi elan edilib. Paytaxtda havanın temperaturu sıfır dərəcə civarındadır.

Dövlət Meteorologiya Agentliyinin (Aemet) nümayəndəsi Ruben del Kamponun sözlərinə görə, 2021-ci ilin yanvarı son 15 ildə ən çox qar yağan tarixi ay ola bilər.

Meteoroloqlar 20 santimetrə qədər yağıntı düşəcəyini proqnozlaşdırırlar. 40-dan çox vilayət fövqəladə vəziyyətdədir.

Meteoroloqların məlumatına görə, bazar günü “Filomena” fırtınası İspaniya ərazisini tərk edərək Afrikanın şimal-qərb sahilinə doğru hərəkət etməlidir.

Xəbər 3586 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +