7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


08.01.2021  20:06 

Koronavirusa görə fövqəladə vəziyyət elan edildi - Londonda





A+  A-

London meri Sadiq Xan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.
XəzərNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, London meri bildirib ki, Böyük Britaniyanın paytaxtında koronavirusun yayılması nəzarətdən çıxıb.

Onun sözlərinə görə, hazırda London xəstəxanalarında 7 mindən çox xəstə müalicə olunur ki, bu, ötən il qeydə alınan pik rəqəmdən 35 faiz çoxdur.

Mer qeyd edib ki, London Təcili Yardım Xidməti gündəlik 8 minə qədər çağırış alır, halbuki normal halda bir gündə 5500-ə qədər çağırış olurdu: “London böhran nöqtəsindədir. Əgər dərhal təcili tədbirlər görməsək, milli səhiyyə xidmətimiz təzyiqə tab gətirməyəcək və nəticədə daha çox insan öləcək. Londonlular böyük fədakarlıqlar edirlər. Özünüzü, ailənizi, dostlarınızı və digər londonluları qorumaq və milli səhiyyə xidmətimizi qorumaq üçün evdə qalın!”



Xəbər 3621 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +