Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi


08.01.2021  11:54 

ABŞ-da həkim peyvənd olunduqdan sonra öldü





A+  A-

Amerikalı həkim Corci Maykl “Pfizer” peyvəndi vurdurduqdan 16 gün sonra vəfat edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

56 yaşlı kişinin ölümü barədə həyat yoldaşı açıqlama verib. Onun sözlərinə görə, Mayklın ölümü 100 faiz peyvəndlə əlaqəli olub. Belə ki, peyvənd öncəsi müayinə zamanı onda heç bir xəstəlik aşkar edilməyib. Həyat yoldaşı Mayklın siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini bildirib.

O qeyd edib ki, peyvənddən üç gün sonra həkimin qollarında və ayaqlarında bəzi qırmızı ləkələr meydana gəlib və müayinə zamanı kəskin trombosit çatışmazlığı aşkar edilib.

Həkimlər xəstəyə idiopatik trombositopenik purpura diaqnozu qoyub. Bu xəstəlik zamanı insan bədəni trombositləri yad cisimlər kimi qəbul edərək və dalağa onları məhv etməsi üçün siqnal verir.

Corcu Maykl 3 yanvarda beyin qanaxmasından həyatını itirib.



Xəbər 3491 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +