Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


18.12.2020  12:23 

Maska ilə bağlı cərimələrin artırılması təsdiq edildi





A+  A-

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hüquqi və vəzifəli şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması təklif edilir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, məcəllənin hazırki variantında isə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Fiziki şəxslərə tətbiq edilən 100 manatlıq cərimə isə olduğu kimi qalacaq.

Dəyişiklik layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər 4504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +