7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


26.11.2020  22:29 

Bitkoin kəskin şəkildə ucuzlaşdı





A+  A-

Bu gün keçirilən hərraclar zamanı bitkoin 13 faiz ucuzlaşaraq Bakı vaxtı ilə saat 13:30-da 16 814 ABŞ dollarından satılıb.
XəzərNews.az “Bloomberg”ə istinadən xəbər verir ki, sərmayədarların endirim tətbiq etmələri nəticəsində baş verən bu ucuzlaşma pandemiya dövründə bitkoinin ən böyük tənəzzülü ola bilər.

Halbuki cari ilin 9 ayı ərzində 250 faiz böyüyən bitkoin 24 noyabr tarixindəki hərraclar zamanı 2017-ci ilin noyabr ayından bu yana ilk dəfə 19 min ABŞ dolları həddini keçib, ertəsi gün isə 19 374 ABŞ dollarından satılıb.

Bitkoinin məzənnəsinə mənfi təsir edən amillər arasında “Coinbase” birjasının baş direktoru Brayan Armstronqun tvitter səhifəsindən paylaşdığı fikirlər göstərilir. Belə ki, ekspertin fikrincə, ABŞ hökuməti kriptovalyutalarının tədavülünə məhdudiyyətlər tətbiq edə bilər ki, bununla da rəqəmli transaksiyaların gizliliyinə xələl gələcək.

Qeyd edək ki, başqa kriptovalyutalardan Etherium 16 faiz, XRP də 26 faiz ucuzlaşıb.

Xəbər 4274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +