7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


26.11.2020  15:19 

Gürcüstan yeni məhdudiyyətlər tətbiq edəcək





A+  A-

Gürcüstan hakimiyyəti ölkədə pisləşən epidemioloji vəziyyətə görə məhdudiyyətləri genişləndirməyə və sərtləşdirməyə qərar verib.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Koronavirusla mübarizə üzrə Koordinasiya Şurası ölkədə koronavirusun sürətlə yayılması səbəbindən 28 noyabrdan etibarən ölkə daxilində yeni məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.

Xüsusilə restoran, ictimai nəqliyyat vasitələri, ticarət mərkəzləri, marketlər və fitness klublarının faəliyyətini dayandıracağı bildirilib. Bununla yanaşı yeni qərara görə, saat 21:00-dan 05:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək.

Qanun pozuntusuna görə cəza iki min laridir. Yeni tənzimləmə 28 noyabrda qüvvəyə minəcək və 31 yanvara qədər qüvvədə qalacaq.

Ölkədə artıq bir sıra məhdudiyyətlər qüvvədədir: qapalı məkan, nəqliyyat və küçələrdə maska taxmaq məcburidir, böyük şəhərlərdə məktəblər distant təhsil rejiminə keçib, uşaq bağçaları isə fəaliyyətini dayandırıb.

Gürcüstanda ikinci bir koronavirus dalğası müşahidə olunur. Hər gün üç mindən çox yeni yoluxma qeydə alınır. Pandemiyanın başlanmasından 26 noyabr tarixinə qədər Gürcüstanda təsdiqlənmiş “COVID-19” hadisələrinin ümumi sayı 118 min nəfəri keçib, 1100-dən çox insan xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 4074 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +