7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


26.11.2020  10:06 

Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi





A+  A-

“Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimin xeyrinə olmazdı”.
XəzərNews.az “TASS”a istinadən bildirir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan deyib.

“Bu, nə Ermənistanın, nə Dağlıq Qarabağın, nə Fransanın, nə Avropa tərəfdaşlarının, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin maraqlarına uyğun deyil”, - deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, bu, “Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaş siyasəti deyil”.

O xatırladıb ki, heç bir dövlət, o cümlədən Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” tanımayıb. “Fransa yalnız tərəflərin hər birinin ona güvəndiyi zaman vasitəçilik edə bilər. Bu məsələyə belə bir addımın bütün nəticələrini dərk edərək həqiqət və məsuliyyət ruhunda yanaşmaq lazımdır. Qarabağ problemi birtərəfli jest nəticəsində deyil, yalnız tərəflərin dialoqu nəticəsində öz həllini tapa bilər”, - deyə Lemuan vurğulayıb.

“Bu gün tərəflər heç vaxt olmadığı kimi bu dialoqu davam etdirmək üçün Minsk Qrupu həmsədrlərinin dəstəyinə ehtiyac duyurlar”, - deyə diplomat əlavə edib.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

Xəbər 3515 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +