Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


25.11.2020  17:29 

Nazirlikdən videosu yayılan yaralı əsgərlə bağlı - Açıqlama





A+  A-

Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazıb.

O bildirib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: “Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb. Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub”.

F. Talıbov həmçinin qeyd edib ki, ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.



Xəbər 3249 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +