Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


25.11.2020  15:08 

Bu ölkədə yanvardan peyvəndə start veriləcək





A+  A-

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə yanvardan başlayacaq.
XəzərNews.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra səhiyyə naziri Salvador İlla bildirib ki, 13 min xəstəxanada vaksinin tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı plan hazırlanıb və peyvənd məcburi şəkildə həyata keçirilməyəcək.

“COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq”,- deyə İlla qeyd edib.

İspaniyanın Avropa İttifaqının müqavilə bağladığı şirkətlərdən 140 milyon doza miqdarında vaksin alacağını bildirən nazir peyvəndin əvvəlcə qocalar evindəki yaşlılara, oranın işçilərinə, səhiyyə əməkdaşlarına və əlillərə vurulacağını əlavə edib.

Proses 2021-ci ilin sonunadək aparılacaq və ispan xalqının 70 faizinə tətbiq edilməsi planlaşdırılır.

Səhiyyə naziri Avropa İttifaqının indiyədək 6, bundan sonra isə 7 firma ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, ölkədə bu günədək 1 milyon 582 min 616 nəfərdə virus aşkarlanıb, 43 min 131 şəxs vəfat edib.



Xəbər 3398 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +