7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


16.11.2020  18:06 

Ermənistan ordusunda həbslər başladı





A+  A-

“Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında həbs edilənlər var”.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və Əsir götürülmüş şəxslərlə İş üzrə komitəsinin sədri, polkovnik Vitali Voskanyan bildirib.

“Hərbçilərin günahsız yerə ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”, - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb və kifayət qədər dəlillər toplanıb.

Voskanyan bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu deyib.

“Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”, - deyə o sözlərinə əlavə edib.

Xəbər 3719 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +