Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


07.11.2020  19:57 

Düşmən Tərtərdə daha bir mülki vətəndaşı yaraladı





A+  A-

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Xəbər 4104 dəfə oxunub.



09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +