Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


06.11.2020  15:57 

Putin Təhlükəsizlik Şurasında yenə Qarabağı müzakirə etdi





A+  A-

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Federasiyanın bölgələrindəki koronavirus pandemiyası ilə mübarizə baxımından mövcud vəziyyət və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qarabağ ətrafında yaranmış vəziyyət və həll yolundakı səylər barədə fikir mübadiləsi davam etdi”, - deyə Peskov qeyd edib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Rusiyanın sosial-iqtisadi inkişafına dair digər aktual məsələlər də müzakirə olunub.

Qeyd olunur ki, iclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəzilik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, eləcə də Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi Sergey İvanov iştirak edib.

Xəbər 3922 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +