Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...
İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir
Putin: Rusiya AZAL-ın təyyarə qəzasına görə təzminat ödəyəcək
Putin: Raketlər AZAL təyyarəsinin bir neçə metrliyində partlayıb
Əliyev-Putin görüşü: Təyyarə qəzasının müzakirəsi ilə başlayıb
Putin və Əliyev Düşənbədə danışıqlara başlayıblar
Bakı-Quba yolunda qəzanın - VİDEOSU
Narkotikin təsiri altında avtobus sürən saxlanıldı


22.10.2020  13:22 

Sabah 23 dərəcə isti olacaq





A+  A-

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək .

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3257 dəfə oxunub.




09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi


BÜTÜN XƏBƏRLƏR +