Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


07.09.2020  14:48 

“Azərbaycanla matç fərqli olacaq” - Kiprin baş məşqçisi





A+  A-

Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunla bağlı danışıb.
XəzərNews.az xəbər verir ki, o, millimizlə matçın Monteneqro ilə qarşılaşmadan fərqli olacağını deyib:

“İlk matçda müsbət şeylər oldu. Azərbaycanla qarşılaşma fərqli olacaq və bizim üçün vacibdir. İstənilən rəqibə hörmətlə yanaşırıq, amma bizə qalibiyyət lazımdır. Monteneqroya 0:2 hesablı məğlubiyyətdən sonra oyunçularım çox üzüldülər. Mən bilirəm ki, onlar necə qələbəyə acdırlar. Heyətin necə olacağına sabah qərar verəcəyik”.

Çalışdırıcı Millətlər Liqasının komandanı komplektləşdirmək üçün yaxşı imkan olduğunu da sözlərinə əlavə edib: “Komandanı tam düzəltmək üçün vaxta ehtiyacımız var. Səbr etmək və işləmək lazımdır. Bu liqanın bizim üçün əhəmiyyətini bilirik. Reallıqlarla barışmalıyıq və inkişaf etməliyik. Düzdür, məqsəd hər oyunda qalib gəlməkdir. Bunu bilməsək, oynamaq da olmaz. Monteneqronu da məğlub etmək istəyirdik, amma alınmadı”.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Xəbər 3683 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +