7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


23.11.2019  18:14 

Nazirlik bu restoranların manqalının fəaliyyətini dayandırdı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.
XəzərNews.az xəbər verir ki, KİV nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, şadlıq saraylarının manqallarının fəaliyyətinin dayandırılması aparılan monitorinqlərin nəticəsində havaya normadan artıq atılan tullantılara görədir: "Kimin monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa,​ nazirliyə, məhkəməyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır. Biz iradları dinləməyə və təkrar monitorinqlər aparmağa hazırıq. Kimsə hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır,​ toy məclisləri zamanı manqallarında kabab bişirilən vaxt özləri də kənarda dayanıb bu mənzərəni seyr etsinlər. Təbii ki, bu zaman hər kəs havaya atılan tüstünün, qoxunun şahidi olacaq. Əgər tüstü, çirklənmə yoxdursa, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz kiminsə manqalının fəaliyyətini dayandırmaq yox, havaya atılan tullantıların qarşısını almaqdır".



Xəbər 2743 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +