Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


27.09.2019  16:20 

“Rövşən məni boşayacaq“ - Elnarə





A+  A-

“Bir dəfə saçlarımı bənövşəyi rəngə boyadım. Sonra iki yolum var idi, ya onu qorumalı, ya da natural rənglərə qayıtmalı idim. Bir ay sonra bənövşəyi məni yordu. Dedim ki, yetər, Elnarə , bu rəngdən çıx”.
XəzərNews.az bildirir ki, bu sözləri son zamanlar saç rənglərini tez-tez dəyişməsi ilə gündəm gələn müğənni Elnarə Xəlilova Axşam.az-ın suallarını cavablandırarkən deyib.

O söyləyib ki, bənövşəyi rəngdə saçlar istəməsi onu “macəra”lara sürükləyib:

“Natural rəngə qayıda bilmədim. Bənövşəyi yuyuldu, yerinə firuzəyi mavi çıxdı. Dedim ki, bu saçla gəzə bilmərəm, yüz faiz Rövşən (həyat yoldaşı Rövşən Cahangirov - red.) məni boşayacaq. Amma Rövşən bu mövzuda diqqətsizdir. Bir həftədir saçımı kəsdirmişəm. Dünən deyir ki, sən saçını kəsdirmisən? Bir həftədir mənimlə bir yastığa baş qoyur, bunu dünən deyir. Daha sonra məcburən firuzəyi mavini “öldürmək”dən ötrü saçlarımı göyümtül boz rəngə çevirdim. Boz yuyulandan sonra isə altından yaşıl rəng çıxdı. Vəziyyətdən çıxış yolları tapdım, sonra saçımı yandırdım və kəsdim (gülür)".

Xəbər 3214 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +