Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


26.09.2019  16:11 

“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!





A+  A-

Ölkədə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlayan “Nar” mobil operatoru Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün təqaüd proqramı elan edib.
XəzərNews.az xəbər verir ki, universitetin informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr təqaüd proqramında iştirak edə bilərlər. Bu təqaüd proqramı çərçivəsində 2019-2020-ci tədris ilində müvafiq ixtisaslardan olan və dərslərində yüksək göstəricilərə malik 5 tələbəyə aylıq təqaüd veriləcək.

Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanlı tələbələri üçün təqaüd proqramı təşkil edir.

“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. Eyni zamanda, informasiya texnologiyaları sahəsinin daha da gücləndirilməsi və təşviqi üçün mobil operator təhsil müəssisələri ilə də əməkdaşlıqlar edir. Belə ki, Azərbaycan Texniki Universiteti və ADA Universiteti ilə tələbələrin praktiki biliklərinin inkişafına yönəlik uzunmüddətli layihələr həyata keçirilir.

“Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.

Xəbər 2902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +