30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər


23.08.2019  11:54 

DİM abituriyentlərə müraciət edib





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatda alınmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər 2756 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +