Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab


03.08.2019  15:41 

Avstraliyalı rəsmilərin Qarabağ separatçıları ilə görüşünə - XİN-dən reaksiya





A+  A-

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair KİV-in sualını cavablandırıb.
XəzərNews.az xəbər verir ki, L.Abdullayeva bildirib:

"Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.

Əlavə olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktubu ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi və beynəlxalq təşkilatların çoxsaylı digər qərar və qətnamələrə istinad edən nazir Elmar Məmmədyarov, Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan ərazilərindəki qanunsuz rejimin təşviqinə xidmət edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olduğunu həmkarının diqqətinə çatdırıb"

Xəbər 2552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +