Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


20.05.2019  10:45 

DİM məktəblərə müraciət etdi





A+  A-

Artıq məktəblərin əlaqələndiriciləri də buraxılış imtahanı iştirakçılarının nəticələrinə baxa bilərlər.
XzəərNews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.

Xəbər 2813 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +