7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


24.01.2019  17:23 

“Məktəbli formalarını məktəblərə satdırırlar” - Deputat





A+  A-

Millət vəkili Sona Əliyeva “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində məktəbli formalarının məktəblərə satdırılması məsələsinə toxunub.
XəzərNews.az-ın məlumatına görə, o, qeyd edib ki, qanun layihəsində təhsilalanların geyim nümunələrinin təsdiq edilməsi məsələsi var: “Düşünürəm ki, bu, məktəbli forması ilə bağlı monopoliya yaradacaq. Müəyyən təhsil şöbələrində məktəbli formalarını məktəblərə satdırırlar. Bununla bağlı əhali arasında narazılıq var.

Məktəbli formasının lehinəyəm. Məktəbli forması olmalıdır, ancaq elə formul düşünülməlidir ki, bu, əhali arasında narazılıq yaratmasın. Rayon yerində yaşayan və mövcud problemlərdən xəbərdar olan biri kimi bunu bilirəm. Deyirlər ki, gedin, filan yerdən alın. Qanunun vəzifəsi ondan ibarətdir ki, o əhaliyə xidmət etsin”.

Akkreditasiya məsələsinə toxunan millət vəkili bunun qanun layihəsində əksini tapmasını bir qədər düzgün saymayıb:“Çünki akkreditasiya məsələsi hələ tətbiq olunmayıb. Üzr istəyirəm ifadəmə görə, biz bir qədər qabaqdangəlmişlik edərək, indi qanun layihəsinə bu məsələni salmışıq. Bu, bir qədər düzgün alınmır”.

Xəbər 2980 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +