7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


20.10.2018  13:43 

Zığda istinad divarları sökülür - Təhlükə davam edir





A+  A-

Bakıda son günlər aktiv sürüşmə zonaları sırasına biri də qoşulub - Zığ şossesi. Məlum olduğu kimi, bir neçə gün öncə yolun dənizə tərəf olan sağ tərəfi uçub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. Hazırda Xətai rayon İcra Hakimiyyətinin işçiləri uçqun olan hissədə təmizlik işləri aparır. Eyni zamanda, xüsusi texnika vasitəsilə bir hissəsi uçan, digər hissəsi qabararaq təhlükəli halda olan istinad divarları sökülür. Bunun ardınca isə Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında bərkitmə-bərpa işləri aparılacaq.

Sürüşmədən sonra istinad divarının piyada keçidinə yaxın hissəsində böyük bir qabarma əmələ gəlib. İşin ilkin mərhələsində divarın həmin hissəsi söküləcək ki, uçaraq yaxınlıqdakı obyektə zərər verməsin. Daha sonra təpə hissədə baş verən uçqunun fəsadları aradan qaldırılacaq. Ardınca bütün istinad divarları söküləcək. Bərkitmə işləri də icra hakimiyyəti tərəfindən həyata keçiriləcək. Öncə sürüşmənin kənar nöqtələrinə svaylar vurulacaq, daha sonra yeni və daha möhkəm istinad divarı tikiləcək.

Bu gün səhər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri, rayon icra başısı Ramiz Məmmədov əraziyə baş çəkib görülən işlərlə tanış olublar.

Xatırladaq ki, ETSN-in mütəxəssisi Əziz Qaralov da dünən qeyd etmişdi ki, ərazidə qabarma var və bu hələ də təzyiqin davam etdiyini göstərir.

Xəbər 3037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +