7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


07.03.2018  20:28 

Qida təhlükəsizliyi agentliyi yeni sertifikat verəcək





A+  A-

“Yeni yaradılmış qida təhlükəsizlik agentliyi qida təhlükəsizliyi ilə bağlı yeni sertifikat (təhlükəsizlik sertifikatı) verəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sahibkarlarla görüşü zamanı deyib.
Komitə sədri yeni sertifikatların verilməsi məsələsinə toxunub:
“Yeni yaradılmış qida təhlükəsizlik agentliyi qida təhlükəsizliyi ilə bağlı yeni sertifikat (təhlükəsizlik sertifikatı) verəcək. Bu, gigiyenik sertifikata bənzəyən bir sertifikat olacaq. Bu, yeyinti sahəsində məhsulların təhlükəsizliyinə nəzarət edəcək. Tutaq ki, istehsalçı öz məhsulunu hansısa yüksək bir standarta uyğun istehsal edir və istehlakçıları bu barədə məlumatlandırmaq istəyir, o zaman uyğunluğun qiymətləndirilməsi üçün sözügedən qurumlara müraciət edərək sertifikat ala biləcək. Azərbaycanda sertifikatlaşdırma yenə də aparılacaq, ancaq bu, məcburi olmayacaq”

Qeyd edək ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafının sürətləndirilməsinə yönələn sosial-iqtisadi siyasət, prioritet sənaye və aqrar sahələrin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsi çərçivəsində dövlət başçısının tapşırıqlarına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə Komitə sədri Ramiz Həsənovun sahibkarlarla görüşü keçirilib.

Xəbər 3713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +