Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? (VİDEO)
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO


07.03.2018  09:46 

Xərçəng xəstəliyinə qarşı nanorobotlar yaradılıb





A+  A-

Çin alimləri dünyada ilk dəfə olaraq, bədxassəli şişlərin qarşısını müvəffəqiyyətlə alan avtonom DNT-nanorobotları yaratmaq və testdən keçirmək imkanına nail olublar. Robot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Sinxua agentliyi bildirir ki, o, iynənin ucundan 5000 dəfə kiçikdir.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, DNT əsaslı qurğu boruşəkilli struktura malikdir, uzunluğu cəmi 90 nanometrə yaxın, diametri isə 19 nanometrdir. Nanorobotların quruluşu müxtəlif mürəkkəb tədqiqatların aparılmasına kömək edir. Onlar əsasən şişin müstəqil tapılmasına imkan yaradacaq, sonra bədxassəli yenitörəmənin qanla təmin olunmasının qarşısını alacaq. Bir neçə həftə, hətta bir neçə gündən sonra şiş məhv olacaq.

Agentliyin məlumatına görə, nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Onlar gəmiricilərə yeridilib, nəticədə bir neçə gün ərzində şişin tam geri çəkilməsi baş verib.

Xəbər 2892 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +