Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


06.03.2018  15:37 

Məhkəmə zalında həbs olundu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən aptek sahibləri Şahin Qurbanov və Cavidan Hüseynova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ş.Qurbanov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.

C.Hüseynov isə 1000 manat məbləğində cərimə edilib.

İttihama görə, Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Dəstənin üzvləri – Gürcüstan Respublikasının vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər. Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.

Xəbər 2975 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +