7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


05.03.2018  19:17 

Vahid Mustafayev Mirşahinin telekanalında olmayacaq





A+  A-

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi yeni televiziya kanalı - “Real” TV yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a adı çəkilən telekanalın işçiləri bildiriblər.

Qeyd edək ki, bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə müsbət cavab verilib.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Real” TV) ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV-nin baş direktoru Mirşahin Ağayev yeni telekanala vaxtilə bir yerdə çalşıdığı telejurnalistləri – keçmiş ANS-çiləri toplayıb.

Maraqlıdır, Mirşahinin uzun illərdir birgə yol gəldiyi Vahid və Seyfulla Mustafayevlər də "Real" TV-də olacaqmı?

Sayt məsələni dəqiqləşdirmək üçün Vahid Mustafayevlə əlaqə saxlayıb. V.Mustafayev əvvəlcə sualımızı dinləyib, daha sonra bu barədə danışmağa vaxtı olmadığını deyərək, dəstəyi asıb. V.Mustafayev vaxtı olan kimi özü bizimlə əlaqə saxlayaraq, geniş açıqlama verəcəyini bildirib.

Mirşahin Ağayevin özü ilə isə həmişəki kimi əlaqə yaratmaq mümkün olmayıb.

“Real" TV-də isə bu layihənin Mirşahin Ağayev tərəfindən gerçəkləşdirildiyi, Vahid Mustafayevin yeni komandada yer almayacağı bildirilib.

Xəbər 3158 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +