Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


22.02.2018  22:14 

Hollandiya “erməni soyqırımı”nı rəsmən tanıdı





A+  A-

Hollandiya Parlamentində 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb.
XəzərNews.az Sputnik-ə istinadən xəbər verir ki, səsvermədən öncə xarici işlər nazirinin vəkili Siqrid Kaaq çıxış edərək bu məsələdə BMT və ya beynəlxaq məhkəmələrin qərarı olmadığı üçün hökumətin qanun layihəsinə yaxşı baxmadığını bildirib.

Lakin, bu çıxışa baxmayaraq səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.

Qeyd edək ki, 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Fevralın 5-də isə Hollandiya Türkiyədəki səfiri Kornelis Van Riyi geri çağırmışdı.

Xəbər 3198 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +