7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


22.02.2018  14:18 

Nazir baş direktoru işdən çıxardı





A+  A-

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.
XəzərNews.az “AzeriDefence” saytına istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub.

Bununla yanaşı, “Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi “Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki “Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə “Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev “Üfiq” İstehsalat Birliyinə, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə “Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

Xəbər 3568 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +