Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


08.01.2018  23:57 

Kosmosa məxfi peyk buraxıldı





A+  A-

İlon Maskın sahib olduğu “SpaceX” şirkəti yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə “Zuma” adlı peyki kosmosa buraxıb.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, keçən ilin noyabrından bir neçə dəfə təxirə salınan start “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından həyata keçirilib.

Peykin təyinatı barədə heç nə bildirilmir: kompaniyanın rəhbərliyi və Pentaqon jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Yalnız onu öyrənmək mümkün olub ki, kosmik aparat ABŞ hökumətinin sifarişi ilə yer orbitinin aşağı qatlarına çıxarılıb. Peykin orbitinin parametrləri və “Zuma” missiyasına aidiyyəti olan qurumun adı məxfi saxlanılır.

Qeyd edək ki, “SpaceX”in əsası kosmik uçuşların xərclərinin azaldılması məqsədilə “PayPal” və CEO “Tesla Motors” kompaniyalarının sabiq sərmayədarı milyarder İlon Mask tərəfindən 2002-ci ildə qoyulub. O, məxfi aparatların fəzaya buraxılmasında azı iki dəfə iştirak edib. Buraya Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün peyk və ABŞ Hərbi Hava Qüvvələri üçün X-37B pilotsuz kosmik təyyarəsi daxildir.

Xəbər 3092 dəfə oxunub.



08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +