Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


28.12.2017  11:54 

Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda 600-ə yaxın ad var





A+  A-

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var.
XəzərNews.az-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

Onun sözlərinə görə, müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları Türkiyənin hüquq-mühafizə orqanları ilə təmasları davam etdirir.

XİN rəsmisi vurğulayıb ki, aparılan təbliğat və maarfləndirmə işləri nəticəsində insanlar artıq Ermənistanın yalanlarına uymurlar, həmçinin bəzi ölkələrin xarici işlər nazirlikləri bu cür səfərlərin hüquqi məsuliyyət daşıması ilə bağlı öz internet səhifələrinə xəbərdarlıqlar yerləşdirib.

Xəbər 3047 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +