7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


24.10.2017  13:36 

Vəfat edən şəxsə Zabratda “ölüm kağızı” verilmir





A+  A-

Zabrat qəsəbə sakini Ataş Qəribov anasının ölüm kağızını ala bilmədiyi üçün “Qafqazinfo”ya müraciət edib.
Şikayətçi bildirib ki, anası Sitarə Qəribova oktyabrın 19-da rəhmətə gedib:

“Zabratda yerləşən 21 saylı poliklinikadan bütün sənədləri götürmüşük, anam ikinci qrup əlil idi, ürəyi xəstə idi. Bütün sənədləri var, ancaq baş həkim mənə ölüm kağızı vermir. Deyir ki, 2006-cı ildən bu yana onlara müraciət olunmadığı üçün ölüm kağızı verə bilmir. İndi mən bilmirəm neyləyim. Vəzifəli şəxsin qohumudur, ona görə heç kim bir söz deyə bilmir”.

Sayt məsələ ilə bağlı poliklinika ilə əlaqə saxlayıb. Sözügedən baş həkim Ulduz Hüseynova bildirib ki, mərhum Sitarə Qəribova 10 ildir poliklinikaya müraciət etmədiyi üçün ona ölüm kağızı yaza bilməz: “Qanun var ki, 5 ildən artıq poliklinikaya müraciət etməyən şəxslərə ölüm kağızı verilmir. Mən də övladam, ananın ölümüylə kimsə kiminsə əsəbiylə oynaya bilər? Sadəcə qanunlar var. Bunu dediyim zaman həmin şəxs də məni təhqir edib getdi. Dedi, siz bura layiq baş həkim deyilsiniz”.

Xəbər 5350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +