Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


19.09.2017  18:23 

Araz Əlizadə Bakıdakı bitlərdən narazıdır





A+  A-

“Bakıda bit probleminin yaranması ilə bağlı mənə çoxsaylı zəng olur”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə bildirib.

Millət vəkili bu şikayətləri araşdırdığını qeyd edib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim, bildirdilər ki, əvvəllər onlar müqavilələr əsasında zirzəmiləri, zibil yeşiklərini dərmanlayıblar. Amma indi müqavilə yoxdur. Səhiyyə Nazirliyindən də dedilər ki, onlarla kimsə müqavilə bağlamayıb. Mənzil Kommunal İdarəsinə də getdim. Oradan da dedilər ki, İcra Hakimiyyəti bunun üçün pul ayırmayıb. Həmin İcra Hakimiyyətinin adını çəkmək istəmirəm, amma ora da getdim.

Dedilər ki, bunun üçün İcra Hakimiyyəti başçısının adına ərizə yazmalıyam, qəbula düşməliyəm. Adamı yorurlar, bu, biabırçılıqdır”.

Xəbər 3122 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +