Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


19.09.2017  14:39 

“Avqust ayında belə isti olmayıb...” - Anomal hava davam edəcək





A+  A-

Bir neçə gündən sonra Azərbaycan payız fəslini qarşılamağa hazırlaşsa da, isti hava şəraiti hələ də davam edir.
XəzərNews.az xəbər verir ki, sentyabrı yağışlı keçirməyə öyrəşənlərdə belə hava təəccüb doğurub. Onlar hətta anomal havaya görə baş və ürək ağrılarının olduğunu da bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda ötən illərdə də sentyabr ayında belə istilər müşahidə edilib: “Yəni hava yağmursuz və isti keçib. Ancaq keçən il sentyabr ayında hava yağışlı olmuşdu. Bu cür hava şəraiti müşahidə edilməmişdi.

Yaxın 2-3 gün ərzində də belə hava şəraiti davam edəcək. Hazırda Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti müşahidə olunur. Bölgələrdə havanın temperaturunun 31-36, dağlıq ərazilərdə isə 21-26 dərəcə arasında dəyişəcəyi gözlənilir. Paytaxtda cənub şərq küləklərinin üstünlüyü müşahidə olunur.

Qeyd edim ki, avqust ayında havanın temperaturu 35-40 dərəcə arasında dəyişib. İndi müşahidə edilən hava avqust ayında müşahidə edilməyib”.

Xəbər 3019 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +