7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


21.06.2017  21:20 

Kəmaləddin Heydərov Aydın Bəşirovu öz yanında işə götürdü





A+  A-

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirova yeni vəzifə verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Afn.az informasiya yayıb. Məlumata görə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilib.

Sayta danışan mənbə qeyd edib ki, artıq xeyli müddətdir ki, Bəşirov vəzifəsinin icrasına başlayıb. Amma maraqlıdır ki, məlumat ictimaiyyətə açıqlanmır:

“FHN daxilində çoxları bilmir ki, Aydın Bəşirov nazirlikdə hansı vəzifəni tutur. Görünən odur ki, sabiq rəis bir müddətdən sonra nazir müavini təyinatı da ala bilər. Ən azı FHN-də idarə rəislərindən birini əvəzləməsi gözləniləndir”.

Nazirlikdən Modern.az-a Aydın Bəşirovla bağlı təyinatı təsdiqləyiblər.

“Qafqazinfo” xatırladır ki, elə bu gün Aydın Bəşirov Xalq artisti Məleykə Əsədovaya ev hədiyyə etməsi xəbəri ilə gündəmə gəlmişdi. O, jurnalistin “şou adamlarından kiməsə yaxta hədiyyə etmisiniz?” sualına “Mən elə qudurmuşam ki, kiməsə yaxta hədiyyə edim? Evi də hökumətin razılığı ilə vermişəm”, - deyə cavab vermişdi.

Məleykə Əsədova da öz növbəsində bu məsələyə münasibət bildirərək, indiyə qədər heç kimin ona mənzil hədiyyə etmədiyini bildirmişdi.

***

Məlumat üçün bildirək ki, son illərdə FHN-in səlahiyyətləri daha da genişlənib. Belə ki, dövlət başçısı kiçikhəcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətini yaradıb.

Aydın Bəşirovun da Kəmaləddin Heydərova köməkçi təyin olunması belə qənaətə gəlməyə əsas verir ki, FHN illərin dənizçisinin təcrübəsindən yararlanacaq.

Xəbər 3334 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +