7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


08.06.2017  15:06 

Tramp üçün kritik gün - İmpiçmentinə səbəb ola bilər





A+  A-

Bu gün ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi Senatda prezident Trampın taleyini həll edəcək sualları cavablandıracaq.
XəzərNews.az xəbər verir ki, Komi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və Tramp administrasiyasının Rusiya ilə gizli əlaqələrinə dair aparılan təhqiqata Ağ Ev rəhbərinin mane olmağa çalışıb-çalışmadığını açıqlayacaq.

Hər şeyi danışacağını bəyan edən Kominin açıqlamaları Tramp hökumətini çətin durumda qoya bilər. Belə ki, Kominin etirafları Trampın impiçmenti üçün zəmin hazırlaya bilər.

Keçmiş FBİ rəhbərinin Senatdakı çıxışından əvvəl yazılı açıqlaması mətbuatda yayılıb. Həmin açıqlamada Komi Ağ Evdə baş tutan bir toplantıda Trampın ona “Sədaqətə ehtiyacım var. Sədaqət gözləyirəm” dediyini etiraf edib. Eyni zamanda, Komi Trampın Rusiya ilə əlaqələri olduğu iddia edilən prezidentin milli təhlükəsizlik üzrə müşaviri olmuş Maykl Filinn haqqında cinayət təhqiqatının dayandırılmasını istədiyini əlavə edib.

Xatırladaq ki, Maykl Filinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakovla gizli telefon danışıqlarına görə istefa vermək məcburiyyətində qalmışdı.

Xəbər 3003 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +