Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


22.04.2017  13:44 

“Azəriqaz” “Azəristiliktəchizatı” məhkəməyə verdi - Borca görə





A+  A-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmə iddiası qaldırıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, “Azəriqaz” əks tərəfdən istifadə etdiyi təbii qaza görə yaranmış borcun ödənilməsini tələb edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamə ilə iddia təmin edilib və “Azəristiliktəchizat”ın üzərinə borcu ödəmək öhdəliyi qoyulub.

Lakin cavabdeh tərəf qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda iş üzrə Bakı Apellyasiya Məhkəməsində proses davam etdirilir. İşə hakim Elmira Nağıyeva sədrlik edir. Növbəti iclas aprelin 25-də keçiriləcək.

Xəbər 3578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +