Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


18.04.2017  09:01 

Tramp Ərdoğanı təbrik etdi





A+  A-

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti arasında telefon danışığı olub.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Donald Tramp Rəcəb Tayyip Ərdoğanı Türkiyədə keçirilən referendumla bağlı təbrik edib.
Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən seçicilərin 51.4 faizi konstitusiya dəyişikliyinin lehinə səs verib. Seçicilərin 48.6 faizi isə konstitusiya dəyişikliyinin əleyhinə olub. Referendumda Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidəçiləri isə referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bildirib.

Xəbər 3983 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +