Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


17.04.2017  09:57 

Oğrular ev sahibinə 15 minlik ziyan vurdu - Fotolar





A+  A-

Cəlilabadda evdə olan bahalı cehzilik əşyalar oğurlanıb.
XəzərNews.az xəbər verir ki, hadisə rayonun Əhməd Cavad küçəsi, ev 4 ünvanında, Nənəxanım Kazımovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.
Mənzilin zirzəmisindəki pəncərəni sındırmaqla evə daxil olan naməlum şəxslər qiymətli qab-qacaq, xalçalar, hətta paltaryuyan maşını belə oğurlayıblar.
Ev sahibi rayon mərkəzindəki digər evində yaşadığı üçün hadisədən gec xəbər tutub. Oğurluq edən şəxslər "işlərini" rahat həyata keçirməkdən ötrü həyətdəki elektrik lampasını da sındırıblar.
Ev sahibini təəccübləndirən odur ki, evin dörd bir tərəfi dəmir hasarla əhatə olunduğu halda oğurlanmış iri həcmli əşyalar həyətdən necə çıxarılıb? Ehtimal olunur ki, oğurluğu bir yox, bir neçə nəfər əlbir olaraq birlikdə törədiblər.
Ümumilikdə ev sahibinə 15 min manatdan çox maddi ziyan dəyib.
Qeyd edək ki, oğurlanmış əşyalar ev sahibinin qızının cehizi olub.
Hadisə ilə bağlı rayon polisi Toğrul Baxşəliyev adlı rayon sakinini şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşıdrma aparılır.




Elçin
XəzərNews


Xəbər 3858 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +