Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? (VİDEO)
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO


15.03.2017  17:54 

Tapılan meyitin itkin neftçi olduğu təsdiqləndi





A+  A-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılmış Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, itkin neftçilərin axtarış əməliyyatları davam etdirilir.
Qərargahdan XəzərNews.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 13 – də aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1970 – ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Beləliklə, onlardan artıq 6 nəfərin - İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov və Ramiz Abbasovun meyitləri tapılıb.

Xəbər 3457 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +