Bakı-Quba yolunda qəzanın - VİDEOSU
Narkotikin təsiri altında avtobus sürən saxlanıldı
Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək


02.03.2017  18:38 

“Azyaşlı uşaqlarımın mənə ehtiyacı böyükdür” - MTN polkovniki





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Elşən Mədətovun qaynı Kələş Qafarov ifadə verərək deyib ki, yeznəsi həbs edilməməsi üçün MTN-ə 250 min dollar verəndə ondan da 15 min borc alıb. Şahid Hüseyn Qurbanov ifadə verərək zərərçəkmiş Mehrac Qurbanovun qardaşı olduğunu deyib və M.Qurbanov həbs edilməməsi üçün MTN-ə 200 min dollar verən zaman ondan da 10 min aldığını bildirib. Digər şahid İsmayıl Əhmədov deyib ki, həmin vaxt M.Qurbanovun başına iş gəldiyi üçün fermasındakı mal-qaranı satdığını eşidib və ondan 3 min manata 30 qoyun alıb.

Xatırladaq ki, Mehrac Qurbanovun “Texnikabank” ASC-nin “Bakı” filialında 623 min avrosu batıb. Bundan sonra MTN-nin vəzifəli şəxsləri tərəfindən ona hədə-qorxu gəliblər və həbs edilməməsi üçün 200 min dollarını alıblar.

Təqsirləndirilən V.Ələkbərov şahidə suallar verilən zaman prokurora etiraz edib, növbəti iclasda isə hakimə etiraz edəcəyini deyib. MTN polkovniki bunun ardınca həbsdən azad edilməsi üçün vəsatət verib: “Uzun müddət hüquq-mühafizə orqanlarında işləmişəm. Buna görə də məhkəmənin çağırışlarından yayınmağın nə ilə başa çatacağını çox yaxşı bilirəm. Cəmiyyət üçün də təhlükəli cinayət törətməmişəm. Məhkəmənin çağırışlarına vaxtında gələcəm. Səhhətim yaxşı deyil, həmçinin iki azyaşlı uşağım var. Onların mənə ehtiyacı olduqca böyükdür”.

Məhkəmə vəsatəti təmin etməyib.

V.Ələkbərov növbəti vəsatətlərində H.Səfərovun cinayət işində şikayətçi olan 14 nəfərin hamısının və “Texnikabank” işini aparan müstəntiqlərin prosesə çağırılmasını istəyib, barəsində həbs-qətimkan tədbirləri artırılarkən hüquqlarının pozulduğunu deyib. Hakim bu vəsatətləri də təmin etməyib.

V.Ələkbərov hakimləri işin düzgün aparılmamasında ittiham edib.

Zərərçəkmiş Namil Rzayev deyib ki, məhkəmə prosesi obyektiv keçirilir: “MTN-də bizim pullarımızı mənimsədilər. İllərlə bankın balansında olan vəsaitlərimiz bir günə silindi. Sonuncu prosesdə Zal Yusifov dedi ki, sənədləri qorxusundan maşınında gəzdirib və sonra həmin sənədləri Vüsal Ələkbərova verib”.

Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.

Xəbər 4825 dəfə oxunub.



09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +