7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


26.09.2025  17:17 

Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?





A+  A-

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzini tərk etməsi xəbəri yayılıb. Hətta onun Mərkəzdən qaçdığı barədə iddialar var.

XəzərNews.az-a daxil olan məlumata görə, hazırda N.Nəbizadənin harada olması barədə məlumat yoxdur.

Qeyd edək ki, Mərkəz rəhbərliyinin Nəsimi Nəbizadə və jurnalist Ceyhun Əsgərovla bağlı paylaşdığı məlumatlar cəmiyyətdə ciddi etiraz doğurdu. Sosial şəbəkələrdə geniş müzakirələr aparıldı, paylaşımların etik tərəfləri və insanların şəxsi həyatına hörmət mövzusu gündəmə çevrildi.

Bu xəbər cəmiyyətdə böyük məyusluq doğurub. Çünki onun bu mübarizədən qalib çıxması, yalnız öz həyatı üçün deyil, eyni zamanda oxşar taleyi yaşayan yüzlərlə insana da güc və nümunə ola bilərdi.

Nəsimi Nəbizadənin qarşıdakı günlərdə hansı addımı atacağı, həyatını hansı istiqamətə yönəldəcəyi isə hələlik naməlum olaraq qalır.

“Qurtuluş” Reabilitasiya Mərkəzindən XəzərNews.az-a bildiriblər ki, N.Nəbizadənin Mərkəzdən qaçması ilə bağlı xəbər doğru deyil: “O, burdadır və müalicəsini davam etdirir”.

Xəbər 5913 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +